İlham Əliyevdən həmkarına təbrik

İlham Əliyevdən həmkarına təbrik
  24 May 2014    Oxunub:746
Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkəsinin milli bayramı ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım prezident, Argentina Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətində atdığımız addımlar dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə bundan sonra da mühüm töhfələr verəcək. Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram”.


Teqlər:  





Xəbər lenti