Prezident kralı təbrik etdi

Prezident kralı təbrik etdi
  24 May 2014    Oxunub:916
Azərbaycan prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:

“İordaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Mən Azərbaycan-İordaniya münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.


Teqlər:





Xəbər lenti