Deputatların futbol proqnozu: “Atletiko” qalib gələcək

Deputatların futbol proqnozu: “Atletiko” qalib gələcək
  25 May 2014    Oxunub:1627
Bu gecə UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq. Futbol üzrə Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası - Madridin "Real" və"Atletiko" komandaları üz-üzə gələcək. Futbol sevərlərin səbirsizliklə gözlədiyi matça sayılı saatlar qalıb. Hazırda futbol cameasını bir sual düşündür: qalib kim olacaq “Real”, yoxsa “Atletiko”?

Sualımıza bu dəfə futbolçular, şəhər sakinləri deyil, Milli Məclisin deputatları cavab tapmağa çalışıblar.

Deputatlarımız finalda hansı komandanın qalib gəlməsini istəyir?

Ulduzsuz futbol komandasını heçnə hesab edən millət vəkili Aqil Abbasın proqnozuna görə, “Atletiko Madrid” qalib gələcək.

“Ulduzsuz kino və ulduzsuz futbol heçnədir. “Real”ın çox gözəl oyunçuları var, maraqlıdır, amma bu tərəfdə də bizim Arda oynayır. Mən Ardanın oynadığı komandanı dəstəkləyirəm, “Real” ayrı bir komanda ilə oynasaydı onu seçərdim, amma Ardaya görə “Atletiko Madrid”- i seçirəm. Onlar sinələrində Azərbaycan yazırlar, Azərbaycanı tanıdırlar”-deyə A.Abbas fikirlərini bölüşüb.

Millət vəkili Zahid Oruc isə həmkarının fikri ilə razılaşmayaraq “Real”ın qalib gələcəyinə inanır.

“Əlbəttə, bugünki oyuna baxacam. Açıq deyim ki, Çempionlar Liqasının bütün turnir oyunlarını izləmək imkanım olmayıb, yalnız xəbər buraxılışlarından məlumatım olub. Bunu gizlətmirəm ki, 80-90- cı illərdə biz onlarla yaşayardıq və ən yaxşı azerkeşlərədən biri sayılardıq. Axşamkı oyunda “ Real”ın tərəfində olacağıq və əminəm ki “Real” udacaq.

Deputat Fazil Mustafa da “azərbaycanlı” “Atletiko Madrid”i dəstəkləyəcək.

“Açığı çox fərq etmir, amma yenilik olsun deyə “Atletiko”nun qalib gəlməsini istəyirəm. “Real”, “Barselano” bunlar bir az gözümüzü bezdiriblər, yeni bir komandanın öndə olması hər halda daha maraqlı görünə bilər, ona görə bu gün “Atletikon”nun udmasını istəyirəm, amma təbii ki, “Real” daah güclüdür”-deyə Milli Məclis üzü qeyd edib.

Milli Məclisin digər üzvü Asim Mollazadə isə deputat həmkarlarından fərqli olaraq final oyununu izləməyəcək. Deputat futbol oyunlarına bir o qədər də maraq göstərmədiyini deyib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti