Afaq Bəşirqızı 4 ildən sonra rol aldı

Afaq Bəşirqızı 4 ildən sonra  rol aldı
  25 May 2014    Oxunub:1194
Mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası keçirilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, dördillik fasilədən sonra tamaşa yenidən bərpa edilib və bu iş Xalq Artisti Afaq Bəşirqızına həvalə olunub.

Tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun quruluşunda təqdim edilib.

Tamaşasının ikinci bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənib.

“Bankir adaxlı” tamaşasının yeni yaradıcı heyətinin tərkibində xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Gültac Əlili, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Möylə Mirzəliyev, Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Şabanova, Elçin İmanov və Fərid Rzayev iştirak edirlər.

Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.


Teqlər:





Xəbər lenti