Prezident argentinalıları təbrik etdi

Prezident argentinalıları təbrik etdi
  25 May 2014    Oxunub:772
Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti Zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: `Argentina Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətində atdığımız addımlar dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə bundan sonra da mühüm töhfələr verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram`.


Teqlər:  





Xəbər lenti