Heydər Əsədov sahibkarlara kombayn verdi

Heydər Əsədov sahibkarlara kombayn verdi
  25 May 2014    Oxunub:1047
Bu gün Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 147 ədəd kombaynın təqdimatı olub.


AzVision.az xəbər verir ki, onlardan 80 ədədi Belçika istehsalı olan "New Holland", 60 ədədi Almaniya istehsalı olan "Class" və 7 ədədi Finlandiya istehsalı olan "Sampo" kombaynlarıdır.

Tədbirdə texnikaların göstəriciləri və istismar qaydalarını mənimsəyən, kursları bitirən mexanizatorlara sertifikartlar verilib. Sonda isə bir qrup sahibkara kombaynların açarları təqdim olunub.



Teqlər:





Xəbər lenti