Erməni kəşfiyyatının `Şirvan` təxribatı - VİDEO

Erməni kəşfiyyatının `Şirvan` təxribatı - VİDEO
  25 May 2014    Oxunub:1354
Azərbaycanda etnik azlıqlar arasında separatçılıq meylləri yaymaq üçün çalışan Ermənistan xüsusi xidmət orqanlarının daha bir təxribatı üzə çıxıb.

Mayın 24-də YouTube portalında Azərbaycanın cənub və mərkəzi regionlarından ibarət “Şirvan fars respublikası”nın “himni” adı altında videorolik yerləşdirilib.

Xatırladaq ki, Azərbaycanda “Şirvan Azadlıq Cənhəsi” adlı gizli təşkilatın yarandığı haqda ilk dəfə bu ilin martında İrəvan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin dosenti Vardan Voskanyan danışmışdı. Ötən ilin payızında bədnam separatçı Ələkrəm Hümbətovun Ermənistana və işğal altındakı Dağlıq Qarabağa səfərini təşkil edən V.Voskanyan bildirmişdi ki, bu günlərdə Azərbaycanda “Qafqaz farsları-tatlar” tərəfindən “Şirvan Azadlıq Cəbhəsi” adlı təşkilat yaradılıb.

“Bu təşkilat gizli fəaliyyət göstərəcək. Onun məqsədi Azərbaycan ərazisində Şirvan fars dövlətinin yaradılmasıdır” - deyə Voskanyan əlavə etmişdi.

Həmin vaxt sosial şəbəkələrdə “Şirvan Azadlıq Cəbhəsi”nin emblemi və bəyanatı da yerləşdirilmişdi. Mayın 16-17-də İrəvanda keçirilən konfransda yenidən bu barədə danışılıb.

Bəs Azərbaycanda Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə doğrudanmı “Şirvan Azadlıq Cəbhəsi” adlı gizli separatçı təşkilat yaradılıb və bu təşkilatın adından YouTube portalında “fars dövləti”ninn “himnini” yerləşdirən kimdir?

Şübhəsiz ki, əgər belə gizli təşkilat doğrudan da yaranıbsa, Azərbaycan xüsusi xidmət orqanları onu izləyir və fəaliyyətini nəzarət altında saxlayır. O cümlədən internetdə həmin “himnin” kim tərəfindən yerləşdirildiyini müəyyən etmək də Azərbaycan xüsusi xidmət orqanları üçün çətin deyil.

Virtualaz.org




Teqlər:  





Xəbər lenti