İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi
  26 May 2014    Oxunub:786
Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Gürcüstanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Teqlər:  





Xəbər lenti