Xaçmazdakı sevgi faciəsinin təfərrüatları AÇIQLANDI

Rayon Polis Şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər. Baxış zamanı hər iki meyitin boyun nahiyyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri aşkar edilib.
Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
İlkin istintaqla mьəyyən edilib ki, V.Quliyev ilə N.Tağıyeva Xaзmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl N.Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bu barədə bildiriblər. Hadisədən bir neçə saat əvvəl V.Quliyev və N.Tağıyeva sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə getmişlər. Özlərini intihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman yanlarında olan A.Əlipaşayev onları bu hərəkətdən daşındırmaq məqsədilə o da öz növbəsində qoluna xəsarət yetirmişdir. Lakin V.Quliyev və N.Tağıyeva aldadaraq onu evlərinə yola salıb və bundan sonra qəti olaraq intihar yoluna əl atıblar.
lkin fərziyyəyə görə V.Quliyev üzərində olan bel kəməri ilə əvvəlcə N.Tağıyevanı boğaraq qəsdən öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.