Şəkidə 74 yaşlı qadın bıçaqlanıb

Aparılan sorğu zamanı məlum olub ki, 74 yaşlı qadın yaşadığı mənzildən bayıra çıxan zaman iki maskalı şəxslə qarşılaşıb. Maskalı şəxslər qadına hücum edərək ona bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıblar.
Xəstəxanadan bildirilib ki, G. Ərabovanın kəsilmiş yaraları tikildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.
74 yaşlı qadının maskalı şəxslər tərəfindən bıçaqlanması faktı Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən təsdiqlənib, hazırda polis əməkdaşlarının hadisə yerində əməliyyat-axtarış tədbirləri apardıqları bildirilir.
Teqlər: