Nəticələr yaxın günlərdə AÇIQLANACAQ

Nəticələr yaxın günlərdə AÇIQLANACAQ
  26 May 2014    Oxunub:1049
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini yaxın günlərdə açıqlayacaq.

Komissiyadan verilən məlumata görə, hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Eyni zamanda, yazı işlərinin yoxlanılmasına başlanılıb. Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar "Magistr" jurnalının 4-cü sayında dərc olunub.



Teqlər:  





Xəbər lenti