Erməni əsilli zabit işdən çıxarılıb -Nazirlik

Erməni əsilli zabit işdən çıxarılıb -Nazirlik
  26 May 2014    Oxunub:1230
Elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata gröə, KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən isə o mülki işçi vəzifəsindən azad edilib və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir.




Teqlər:  





Xəbər lenti