Əfv sərəncamına YAP-ın reaksiyası

  26 May 2014    Oxunub : 538
Əfv sərəncamına YAP-ın reaksiyası
“Prezident bu bayram ərəfəsində belə bir addım atmaqla onların ailələrinə sevinc bəxş etdi”.
Bunu AzVision.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı prezidentin imzaldığı əfv fərmanından danışarkən deyib.

M.Qurbanlı əfv edilənləri və ailələrini təbrik edib: “İndiki fərman təxminən 150 nəfəri əhatə edib. Hesab edirəm ki, bu addım prezident İlham Əliyevin humanist siyasətinin bariz nümunəsidir. Azad olunan vətəndaşlarımızı təbrik edirəm, gözləri aydın olsun. Onların ailəsi sevinib, bu bayram ərəfəsində belə bir addımın atılması həmin şəxslərin ailəsinə sevinc bəxş etmək deməkdir. Əminəm ki, onlar bu fərmanın verilməsindən nəticə çıxardaraq, sonrakı həyatlarını elə quracaqlar ki, bir daha hüquq pozuntuları ilə üzləşməsinlər”.

Qeyd edək ki, prezident İlham Əliyev 171 nəfərin əfv olunması ilə bağlı sərəncam imzalayıb.

Nihadə Eyyubova

Teqlər: