Məsələn, mart ayına aid peyk görüntülərində Rusiya qoşunlarının nüvə stansiyasının 6 reaktor binasının bir neçəsinin damında qum torbalarından hazırlanmış möhkəmləndirilmiş atəş mövqeləri qurduğu aşkar görünür.
Ukrayna vətəndaşlarını ZAES-in yaxınlığındakı yaşayış məntəqələrini tərk etməyə çağırdı |
"Rusiya çox güman ki, bu mövqeləri Ukraynanın böyük hücumu perspektivindən narahat olduğu üçün inşa edib. Bu addım ZAES ətrafında döyüşlər olacağı təqdirdə təhlükəsizlik sistemlərinin zədələnməsi ehtimalını artıra bilər", - xülasədə deyilir.
Eyni zamanda, britaniyalılar belə hesab edirlər ki, əgər stansiya uğrunda döyüşlər piyada silahlarının istifadəsi ilə məhdudlaşarsa, "reaktorlara birbaşa ziyan vurmaq" mümkün olmayacaq. Çünki atom elektrik stansiyaları çox davamlı qurulur.
Tural Tağıyev
AzVision.az