Anar Məmmədliyə 5 il 6 ay iş verildi

Mayın 21-də prokuror Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlıya 8 il 6 ay, Elnur Məmmədova 8 il 6 ay həbs cəzası verilməsini təklif etmişdi.
Qeyd edək ki, Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub. Anar Məmmədli külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürüb.