İş axtaranlar üçün fürsət

İş axtaranlar üçün fürsət
  27 May 2014    Oxunub:1249
ƏƏSMN: Bakının üç rayonu üzrə boş iş yerləri işaxtaran vətəndaşlara təqdim olunacaq
Mayın 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti növbəti Əmək yarmarkasını Bakı şəhərinin Qaradağ rayonunda keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, tədbir Qaradağ rayon Mədəniyyət evində (Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 23) . Yarmarkada paytaxtın Qaradağ, Səbail və Yasamal rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.

Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə vakant iş yerləri təqdim edən ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən iri şirkətlərin nümayəndələri də iştirak edəcək. Yarmarka çərçivəsində əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlıq kurslarına qeydiyyatının aparılması, eləcə də müvəqqəti xarakterli işlər təqdim olunması məqsədilə Bakı Əmək Birjasının fəaliyyəti də təmin olunacaq.


Teqlər:





Xəbər lenti