Peskov Kremlə PUA hücumuna görə ABŞ-ı günahlandırıb
“Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür. Kremlə hücum edən PUA-ların dəqiq haradan buraxıldığı məlum deyil, bununla bağlı istintaq məşğul olacaq. Dronlarla insidentdən sonra Kremldə vəziyyət normaldır, hər kəs öz yerində işləyir. Bu insidentdən sonra Kremldə təhlükəsizlik sistemi daha da gücləndiriləcək”.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
AzVision.az
Teqlər: