Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat
  27 May 2014    Oxunub:1165
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, polis polkovniki Teyyub Müseyibov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

T. Müseyibov buna qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovu tutduğu vəzifədən azad edib.
O, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.


Teqlər:





Xəbər lenti