Movəhhediyandan Tehrana çağırış: "İrəvanla iqtisadi əlaqələrə daha ciddi yanaşın"
“90 Eghtesadi” saytı Tehranın “Əllamə Təbatəbayi” Universitetinin beynəlxalq əlaqələr üzrə professorundan sitat gətirərək yazıb: “Sionist rejimin” Türkmənistanda səfirliyinin açılmasından sonra ölkəmizin şimalında İran üçün yeganə təhlükəsiz sərhəd Ermənistanla 40 km-lik sərhəddir. Bu sərhədin saxlanması nəyin bahasına olursa olsun, İran üçün danılmaz zərurətdir”.
O həmçinin qeyd edib ki, “Ölkə rəsmilərimiz İranın dəhliz marşrutlarını şaxələndirməyə çalışmalıdır. İran tərəfi Ro-Ro tipli gəmiləri işə salmalıdır”.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran