Zakir Həsənovdan sensasion təyinat

Bu günlərdə isə o, Müdafiə Nazirliyinə transfer olunaraq polkovnik-leytenant rütbəsi ilə təltif olunub. Əvvəlcə nazirliyin əməliyyat idarəsinə baş zabit, daha sonra isə Hava Hücumundan Müdafiə qoşunlarında rəis müavini kimi çalışıb. Qısa müddətdən sonra isə burda rəis vəzifəsinə yüksəlib. Maraqlı fakt burasındadır ki, T. Abbasov polkovnik-leytenant olduğu halda, təyinatı general-mayor vəzifəsinə olub.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat Xidməti ilə dəqiqləşdirmələr aparmaq cəhdimiz baş tutmadı. Qurumdan münasibət bildirməkdən ötrü əvvəlcə bir neçə saat vaxt istədilər, sonra isə bu barədə rəsmi cavab verməyəcəklərini söylədilər.(AzNews.az)