Bakıda yürüş keçiriləcək

Bakıda yürüş keçiriləcək
  27 May 2014    Oxunub:1031
May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.
Müdafiə Nazirliyi mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qoşunlarının nizami yürüşü saat 12.00-da başlayacaq.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 28 May - Respublika günü münasibətilə Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə tədbirlər keçirilir.

Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissələrdə, birləşmələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində Respublika günü mövzusunda şəxsi heyətlə aparılan bir sıra silsilə tədbirlər sabah da davam edəcək.


Teqlər:





Xəbər lenti