Müsavat Abutalıbovdan sarayı istədi

Bu barədə AzVision.az-a Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib.
G.Aslanlının sözlərinə görə, artıq müraciət meriyaya göndərilib.
“Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Yazmışıq ki, bizə 800-1000 nəfərlik yer ayrılsın. Həmin yer Opera və Balet Teatrı, Heydər Əliyev adına Saray da ola bilər. Biz BŞİH-dən cavab gözləyirik. Məktubumuz bu gün icra hakimiyyətinə daxil olub. Bizə yer ayırsalar, iyulun 28-də qurultay baş tutacaq”-deyə başqan müavini vurğulayıb.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavatın qurultay keçirməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib. Partiya meriyanın bu təklifini qəbul etməyib.
Nihadə Eyyubova