Həmkarları İlham Əliyevi təbrik etdilər

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. İndoneziya Respublikasının Hökuməti və xalqı da mənim təbriklərimə qoşulur.
İcazə verin, bu əlamətdar gündə bir daha əmin olduğumu bildirim ki, ölkələrimiz arasındakı sıx və səmimi münasibətlər xalqlarımızın maraqları naminə inkişaf edəcək və güclənəcəkdir.
Zati-aliləri, ən xoş arzularımı və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm`.
Həmçinin, Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto də prezident İlham Əliyevə təbrik məktubu göndərib: `Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika xalqı adından təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Fürsətdən istifadə edərək, hökumətimin ölkələrimiz arasında mövcud əlaqələri möhkəmləndirmək üçün birgə səy göstərməyə hazır olduğunu bir daha təsdiqləyirəm. Zati-aliləri, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm`, deyə məktubda bildirilir.
AzVision.az