Prezident onlara Dövlət Mükafatı verdi - SİYAHI

AzVision.az xəbər verir ki, sərəncamda prezident qərara alıb:
`2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Tofiq Murtuza oğlu Nağıyev -“Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə
Mədəniyyət sahəsi üzrə
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə - Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
Ramiz Eyyub oğlu Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə
Ədəbiyyat sahəsi üzrə
Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.