İranda aksiya: “Top, tüfəng, tank ola, molla gərək rədd ola!”

      İranda aksiya:    “Top, tüfəng, tank ola, molla gərək rədd ola!”
  12 May 2023    Oxunub:1050
Bu gün İranın Zahidan şəhərində bəluclar cümə namazından sonra yenidən küçələrə axışıblar.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. “Azad İran” “Telegram” kanalı isə kadrlar yayıb.

Kirmanşahda "Xameneiyə ölüm!" şüarları ilə aksiya keçirilib - VİDEO
Bildirilir ki, sakinlər rejimə qarşı “Top, tüfəng, tank ola, molla gərək rədd ola!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, bəluclar son zamanlar daha da aktivləşərək tez-tez aksiyalar keçirirlər.

Mayın 4-də isə İranda son 5 gündə 19 etnik bəluçun edam edilməsi barədə xəbər yayılmışdı.


AzVision.az



Teqlər:   İran   Bəluc   Aksiya  





Xəbər lenti