İranlı professor sərsəmlədi: “Qarabağın Azərbaycanda olması mövqelərimizi zəiflədəcək”

      İranlı professor sərsəmlədi:   “Qarabağın Azərbaycanda olması mövqelərimizi zəiflədəcək”
  16 May 2023    Oxunub:2512
Tehranın “Əllamə Təbatəbayi” Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, anti-Azərbaycan açıqlamaları ilə tanınan iranlı politoloq Ehsan Movəhhediyan növbəti dəfə anormal fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, İran Xarici İşlər Nazirliyinə yaxınlığı ilə tanınan “İran diplomatiyası” saytı üçün yazdığı təhlildə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən İrəvanın maraqlarından çıxış edib.

Kərkiyə görə ermənilərdən çox narahat olan iranlı "professor"
Professor iddia edib ki, Qarabağın tam şəkildə Azərbaycana qaytarılması ( Xankəndidəki separatçıların fəaliyyətinə son qoyulmasını nəzərdə tutur-red. ) Rusiya və İranın mövqelərini zəiflədəcək. Bu, xüsusilə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazır olması barədə xəbərlər fonunda İran sərhədlərində İsrail, Türkiyə və NATO-nu gücləndirəcək.

“Ermənistanın Naxçıvan Muxtar Respublikasının Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına razılıq verməsi Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə gətirib çıxaracaq və bundan sonra Zəngəzur vilayətinin “işğalı” baş tutacaq”,- iranlı professor sərsəmləyib.

Bədnam ekspert onu da vurğulayıb ki, guya “ABŞ və Avropa Qafqazdakı münaqişəyə sülhü bərpa etmək üçün deyil, İrana təzyiqi artırmaq üçün müdaxilə edib. Avropanın Bakını dəstəkləməsinin daha bir sirri isə Azərbaycan qazını tədarük etmək cəhdidir”.

Qeyd edək ki, iranlı professor ölkəsində tez-tez Azərbaycan əleyhinə açıqlamalar, ermənipərəst fikirləri ilə gündəmə gəlir.

Turqut
AzVision.az



Teqlər:   Qarabağ   İran   Azərbaycan   Sülh  





Xəbər lenti