Ermənipərəst və anti-Azərbaycan mövqeyi, bədnam siyasi şərhləri ilə seçilən Movəhhediyan özünün
sosial media hesabında yazıb ki, "Kərki kəndinin Bakıya verilməsi Ermənistan üçün yalnız intihar deməkdir".
Azərbaycana "Bakı Respublikası" deməklə həddini aşan iranlı ekspert Paşinyanın məlum açıqlamasından sonra ermənilərdən çox narahatlıq keçirdiyin gizlətməyib: "Paşinyan "Bakı Respublikasının" iddia etdiyi kəndləri qaytarmağa hazır olduğunu bildirib. Həmin kəndlərdən birinin adı Kərkidir və düz İran-Ermənistan tranzit yolunun üzərində yerləşir. Onun Bakıya təqdim edilməsi (Əslində qaytarılması-red.) Ermənistan üçün yalnız intihar deməkdir. Cənab Paşinyan, əvəzində bir şey almadan hara qədər geri çəkilmək istəyirsən?".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan
“Azatutyun”a (“Azadlıq Radiosu”-red.) müsahibəsində deyib ki, ölkəsi Azərbaycanın işğal altında olan 8 kəndini qaytarmağa hazırdır.
“Əgər Azərbaycan hazırdırsa, biz də hazırıq. 1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”,- Paşinyan əlavə edib.
AzVision.az