“Ölkəm Mənim” - FOTOSESSİYA

“Ölkəm Mənim” - FOTOSESSİYA
  28 May 2014    Oxunub:2054
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və ASAN Könüllüləri Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən 28 May Respublika gününə həsr olunmuş “Ölkəm Mənim” fotomüsabiqəsinin final mərhələsi keçirilib.
Final mərhələsindən öncə müsabiqəyə göndərilmiş 100-dən çox foto arasında 30 foto seçilərək facebook sosial şəbəkəsində səsvermədə iştirak edib. Final mərhələsində isə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin rəsmi səhifəsinin istifadəçiləri tərəfindən ən çox səs toplamış 12 foto, münsiflər heyətinə təqdim olunub.

Qaliblər Bəhram Bağırzadə (aktyor), Kənan Məcidov(fotoqraf) Aysel Əlizadə (müğənni), Azad Şabanov (müğənni), Ayan (müğənni), Fariz Cəfərov( Dövlət Agentliyi İdeya Bankı üzrə müvəkkil), Fərid Sadıxlıdan (AKGT sədri) ibarət olan münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyənləşdirilib.

Qaliblər sertifikatlar və müxtəlif hədiyyələrlə təltif olunub .
Qeyd edək ki, Fotomüsabiqə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və dövlətçilik ideyalarının yayılması məqsədi daşıyır.

Qalereya




Teqlər:  





Xəbər lenti