İlham Əliyevdən Poroşenkoya təbrik

İlham Əliyevdən Poroşenkoya təbrik
  28 May 2014    Oxunub:1536
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkoya məktub göndərib.

AzVision.az xəbər verir ki, ölkə başçısının təbrik məktubunda qeyd edilir:

-Hörmətli cənab Prezident,

Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram.



Teqlər:  



Xəbər lenti