Rayonlara leysan yağdı, evləri su basdı - FOTO

Rayonlara leysan yağdı, evləri su basdı - FOTO
  28 May 2014    Oxunub:966
Bu gün Azərbaycanın bir sıra bölgələrində güclü yağış yağıb. Bəzi evlərin həyətlərini və küçələri su basıb.
Yerli sakinlərin AzVision.az-a verdiyi məlumata görə, leysan xarakterli yağışlar ölkənin şimal, şimal-qərb rayonlarında müşahidə olunub. Rayonlara yarım saata yaxın dolu düşüb.

Güclü yağış enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Yağış kənd təsərrüfatına da ciddi ziyan vurub.



Anar


Teqlər:  





Xəbər lenti