Gəncədə 28 May bayramı - FOTOLAR

Gəncədə 28 May bayramı - FOTOLAR
  29 May 2014    Oxunub:2477
Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü günü Gəncədə daha bir istirahət mərkəzinin – İstiqlal parkının açılışı olub.
Gülüstan yaşayış sahəsində ərazisi 5 hektar olan parkda 15 ədəd müasir işıq dayaqları quraşdırıl;b, 15 ədəd oturacaq qoyulub, 2 bulaq və bir fəvvarə inşa edilib, əraziyə 20 mindən artıq gül-çiçək, 320 ədəd ağac və gül kolu əkilib, 200 paqonnumetr qranit pilləkən düzəldilib. Parkın girəcəyində hündürlüyü 15 metr olan abidənin ətrafına 250 kvadratmetr qranitdən döşəmə salınıb.

Abidənin postamentinə İstiqlal Bəyənnaməsinin mətni, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunub.

Şəhər ictimaiyyəti nümayəndələrinin, eləcə də bu ərazidə yaşayan minlərlə sakinin toplaşdığı açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra abidə önünə əklil qoyulub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay müddətində gördüyü böyük işlərdən danışıb, həmin dövrə nəzər salaraq bunu tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün çox az olduğunu qeyd edən Elmar Vəliyev deyib ki, Azərbaycan yalnız ikinci dəfə həqiqi müstəqilliyinə qovuşub ki, bu da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Onun ikinci dəfə siyasi hakimiyyətə gəlməsi xalqı bütün bəlalardan qurtararaq ağ günlərə çıxarmışdır. İndi ulu öndər Heydər Əliyevin başladığı böyük işləri onun özü qədər inandığı varisi Prezident İlham Əliyev uğurla aparır. Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan nəinki Qafqazda, eləcə də dünya birliyi ölkələri arasında böyük nüfuza malikdir.

Respublikamızda gedən sürətli inkişafı Gəncənin timsalında nümunə çəkən Elmar Vəliyev son bir neçə ildə şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərini də mərasim iştirakçılarının diqqətinə çatdıraraq demişdir ki, dövlət başçısının diqqət və qayğısı ilə görülən genişmiqyaslı abadlıq işləri bundan sonra da sürətlə davam etdiriləcək.

Sonra AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, həmin universitetin professoru Həsənbala Sadıqov və başqaları çıxış edərək 1991-ci ildə bərpa edilən müstəqilliyimizin ilk illərində yaranmış çətinliklərin, eləcə də həmin dövrdə hökm sürən anarxiya və özbaşınalıqların qarşısının alınmasında Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən və bunun da sayəsində müstəqilliyimizin əbədi, daimi və dönməzliyinin təmin edilməsindən danışıblar.

Sonra parkda gəzinti olmuş, insanlar bu böyük quruculuqdan zövq alaraq ölkə başçısına, eləcə də bu işin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Axşamüstü Heydər Əliyev park-kompleksində amfiteatrda böyük bayram konserti olub.

Qalereya




Teqlər:





Xəbər lenti