İrəvan məhkəməsinin qərarı etiraz aksiyasına səbəb oldu - VİDEO

   İrəvan məhkəməsinin qərarı etiraz aksiyasına səbəb oldu    - VİDEO
  20 May 2023    Oxunub:1277
Ermənistanın paytaxtında etiraz aksiyası keçirilir.
AzVision.az xəbər verir ki, etirazçılar paytaxt İrəvanın Arşakunyaç prospektini bağlayıblar.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun oğurlanmasında ittiham olunan Qayane Akopyan barədə məhkəmənin verdiyi həbs qərarına etiraz edirlər. Aksiyada müharibədə ölən ermənilərin ailə üzvləri və tərəfdarları iştirak edirlər.

Aşotun "oğurlanması": 1 milyardlıq kokain necə ört-basdır edildi?
Məlumata görə etirazçılarla polislər arasında toqquşmalar da baş verib.

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqda şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etmir və buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Mayın 20-də məhkəmə onu bir ay müddətinə həbs edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, lakin hələlik aclıq aksiyasını davam etdirmək qərarına gəlib.



Tural
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   İrəvan  





Xəbər lenti