Cəbhədə son vəziyyət – ölən yoxdur

Cəbhədə son vəziyyət – ölən yoxdur
  29 May 2014    Oxunub:1084
Cəbhədə baş verən atışmada Azərbaycan tərəfi itki verməyib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a bildirib.

Onun sözlərinə görə, erməni silahll qüvvələrinin bu gecə atəşkəsi pozması nəticəsində hərbçilərimiz arasında heç bir itki və yaralanan olmayıb.

Qeyd edək ki, cəbhənin müxtəlif istiqamətlərindəsutka ərzində atəşkəs rejimi ümumilikdə 60 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti