Bahar Muradova: “Onlar əlil deyillər”

Bahar Muradova: “Onlar əlil deyillər”
  29 May 2014    Oxunub:785
“Fiziki imkanları məhdud olan uşaqları əlil adlandırmaq düzgün deyil”
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, internat məktəblərində, uşaq evlərində yaşayan uşaqların, yeniyetmlərinin həmin müəssisələri tərk etməsindən sonra onların öz həyatlarını qurması, cəmiyyətə adaptasiyası istiqaməində növbəti addımların atılması , bu yöndə qanunvericiliyə yeni dəyişiklərin edilməsi zərurəti ortadadır.

“Biz bu məsələləri daim diqqətdə saxlamalı, zamanı gələndə gündəmə gətirməli və onların reallığa çevrilməsi yönündə addımlar atmalıyıq. Bununla bərabər, fiziki imkanları məhdud olan uşaqların hüquqlarının daha yaxşı təmin olunması istiqamətində növbəti addımların atılmasına ehtiyac var.

Həmin uşaqları da biz əlil adlandırırıq. Ancaq mən şəxsən bunu düzgün hesab etmirəm. Biz qanunvericilikdə fiziki imkanları məhdud olan uşaqların əlil adlandırılmasının aradan qaldırılmasına nail olmalı, bu yöndə daha münasib terminin tapılmasına çalışmalıyıq.

Eyni zamanda, biz daim erkən nikahlar, azyaşlı qızların təhsildən yayındırılması məsələsini diqqətdə saxlamalıyıq. Çox təəssüflər olsun ki, bu gün erkən nikahlar adlandırılan problem, yəni, azyaşlı qızların zorla ailə qurmağa, evlənməyə, nəsil artırmağa cəlb olunması halları var.

Bu, bizi çox ciddi düşündürür və narahat edir. Ona görə gələcəkdə bu cür halların qarşısının alınması istiqamətində növbəti addımların atılmasını, bu yöndəki müvafiq qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutmalıyıq”-deyə B.Muradova qeyd edib.



Teqlər:  





Xəbər lenti