“Bir az tərəddüd edirik” – Komitə sədri

“Bir az tərəddüd edirik” – Komitə sədri
  29 May 2014    Oxunub:922
Uşaqların, o cümlədən, yeniyetmələrin, gənclərin, gənc ailələrin hüquqlarının təmin olunması ilə bağlı yeni, növbəti qanun layihələrinin hazırlanması və onların parlament müzakirələrinə çıxarılaraq qəbul olunmasını nəzərdə tuturuq.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədrinin sözlərinə in dediyinə görə, təbii ki, bu yöndə qanunların hazırlanması, qəbulu cəmiyyəti daha çox düşündürdüyündən, daha çox ailələrə nüfuz etdiyindən nəticə etibarı ilə də daha geniş müzakirələrə, mübahisələrə səbəb olur.

“Hazırda bizim gündəmimizdə, “mətbəx”imizdə “Pasiyentlərin hüquqları haqqında”, “Perpoduktiv sağlamlıq haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında”, “Uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkil edilməsi haqqında” qanun layihələri var. Biz onların qəbulunu düşünür və bunları vacib sayırıq.

Eyni zamanda, “Ərzaq məhsullarının zənginləşdirilməsi haqqında” qanunun qəbulunu nəzərdə tuturuq və bu istiqamətdə də UNİCEF-lə birgə çalışırıq, onlarla birlikdə müvafiq qanun layihəsi üzərində işləyirik. Düzdür, bu sənədin indiki məqamda müzakirələrə təqdim olunmasına bir az tərəddüd edirik, ortada müəyyən problemli məqamlar var, amma bütün hallarda belə bir sənədin də gələcəkdə qəbulunu vacib hesab edirik.

Bununla yanaşı, “Turizm müşahidəçiləri haqqında”, “ yaşınadək uşaqların diaqnostika haqqında” qanun layihələrinin də hazırlanmasını və qəbulunu nəzərdə tuturuq”, - deyə, komitə sədri sözlərinə əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti