Prezidentin qızları uşaq evində - FOTOLAR

Prezidentin qızları uşaq evində - FOTOLAR
  30 May 2014    Oxunub:4362
Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.

Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak ediblər. Fondun nümayəndəsi qonaqların azərbaycanlı uşaqlarla gələcək dostluğunun möhkəm olacağına əminliyini ifadə edib.

Hazırda sözügedən uşaq evində 120 uşaq və yeniyetmə yaşayır.

Qalereya




Teqlər:  





Xəbər lenti