Polis məktəbləri nəzarətə götürdü

Polis məktəbləri nəzarətə götürdü
  30 May 2014    Oxunub:3280
Bu gün və sabah Bakıda "Son zəng” günü ilə əlaqədar bütün orta məktəblər polis nəzarətində olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Bildirilib ki, "Son zəng” əlaqədar mayın 30-31-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.

Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti