“Prezident qarşımıza vəzifə qoyub” - Kəmaləddin Heydərov

“Prezident qarşımıza vəzifə qoyub” - Kəmaləddin Heydərov
  30 May 2014    Oxunub:1170
“Balakən rayonunda Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışını etdik. Bilirsiniz ki, respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işləri təkmilləşdirmək məqsədi ilə təsdiq edilmiş proqrama uyğun olaraq, hazırda ölkənin müxtəlif yerlərində, əhalinin sıx yaşadığı ərazilərdə, kəndlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yeni hissələri, bölmələri yaradılır”.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirib.

Nazir çıxışında rəhbərlik etdiyi qurumun əsas hədəflərini açıqlayıb.

“Məqsədimiz odur ki, ən qısa müddətdə, maksimum 10 dəqiqə ərzində xilasedicilər, yanğınsöndürənlər fəlakət zonasına yetişə bilsinlər. Bu, dövlətimizin proqramıdır. Prezident İlham Əliyevin nazirliyin qarşısında qoyduğu vəzifədir. Ümumiyyətlə, yaxın illərdə Azərbaycanın bütün yaşayış məntəqələrində baş verə biləcək yanğın və ya təbii fəlakətlərin nəticələrinin təcili surətdə aradan qaldırılması üçün xilasedicilərin, yanğınsöndürənlərin çox qısa zamanda, 10 dəqiqədən də az müddətdə fəlakət zonasına yetişməsi təmin olunacaq. Nazirlik olaraq, qarşıya belə bir məqsəd qoymuşuq və bu məqsədə doğru irəliləyirik”.


Teqlər:  



Xəbər lenti