Əli Hüseynli: “Deyilənlər bizi təəccübləndirir”
Onun sözlərinə görə, Azərbaycanda bəzi şəxslərin həbsdə olmasından cəmiyyətin böyük qismində narahatlıq yoxdur: “Əgər bu məsələ cəmiyyətin böyük qismini narahat etsəydi, ən azından burada parlamentarilər məsələni qaldırardılar. Əksinə, cəmiyyəti narahat edən məsələ odur ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün NİDA-çı gənclər hadisələrdə iştirak ediblər. Bu cür narazılıqlar kənardan, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş verib”.
Ə.Hüseynli hesab edir ki, indiki mərhələdə hər kəs Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır:
“Məhkəmə qərarları qüvvəyə minməmiş fikir yürütmək lazım deyil. Digər tərəfdən, Azərbacan Avropa Məhkəməsinin yurisdiksiyasındadır və Avopa Şurasının üzvlərindən fərqli olaraq biz, hətta məhkəmədə sürətlə baxılmasını imkan verən protokolları təsdiqləmişik. Hər kəs bu imkanlardan yararlana bilər”.
Sevinc İltifatqızı
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


