Bahar Muradova nazirin tərəfini tutdu

“Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirlik səviyyəsində deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə - “səhiyyə naziri bizi yarıtmadı” – deyib, loru yanaşılsın. Fazil müəllim ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəşmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır.”
Sevinc İltifatqızı
AzVision.az