Vitse-spiker mətbuatdan xahiş etdi

Vitse-spikerin fikrincə, 3-5 nəfərin əfv siyahısında olmaması bəzi şəxslər tərəfindən matəm kimi qarşılanır.
“Sanki bu qərar olmayıb və həmin insanlar evlərinə qayıtmayıb. Əslində, Azərbaycanın milli maraqları uğrunda özünün bütün intellektini sərf edən insanların adının həmin siyahıda olmaması matəm kimi qarşılanır. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz. Çünki xalq bu hüququ heç kimə verməyib. Xalq ona nə lazım olduğunu çox gözəl bilir. Həm mətbuat orqanlarından, həm də ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan insanlardan bir vətəndaş kimi xahiş edirəm ki, həyatımıza öz müsbət naxışını vuran müsbət məqamları olduğu kimi qiymətləndirək. Neqativ halları da müzakirə edə bilərik, ancaq müsbətləri gözdən salmaq məqsədilə bunu həyata keçirməyək”.
Qeyd edək ki, millət vəkili İqbal Ağazadə Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Əvəz Zeynallın və NİDA-çı gənclərin azadlığa buraxılmasını istəyib: “Ya əfv, ya da amnistiya yolu ilə məhkəmə prosesi başa çatmış bu şəxslərin azadlığa buraxılması yaxşı olardı”.
Sevinc İltifatqızı
Teqlər: