Yaralı əsgərdən xəbər var

Yaralı əsgərdən xəbər var
  30 May 2014    Oxunub:1123
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayev Füzuli rayonu ərazisində, müdafiənin ön xəttində düşmən gülləsindən yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti barədə açıqlama verib.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaralanan əsgərin vəziyyəti stabildir.

"Əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu qarın boşluğu nahiyəsindən güllə yarası alıb. Yaralıya vaxtında və keyfiyyətli tibbi yardım göstərilib. İlk yardım göstərildikdən sonra yaralı dərhal həmin bölgədə yerləşən hərbi müalicə müəsissəsinə çatdırılıb.

Orada yüksək ixtisaslı cərahiyyə briqadası tərəfindən əməliyyat olunub.
Azərbaycan Respublikasının Müdafiə nazirinin göstərişi ilə dərhal Silahlı Qüvvələrin baş reanimatoloqu və cərrahı bölgəyə ezam olunublar. Yaralının vəziyyəti stabilləşdikdən sonra o, hərbi-sanitar helikopter vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.

Hazırda yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur və Silahlı Qüvvələrin baş mütəxəssislərinin nəzarəti altında onun müalicəsi davam etdirilir".

AzVision.az


Teqlər:





Xəbər lenti