Rəsmi Kiyev bu genişmiqyaslı ekolji terrora görə Kremli günahlandırıb.
Dünya mediası da Rusiyanın bu təxribatda əlinin olmasından yazır.
İtaliyalı hərbi ekspert Tomas Teyner
"Bild" nəşrinə verdiyi açıqlamada iddia edib ki, əslində bənd partladılmasaydı Ukrayna ordusu sözügedən əraziyə hücum edəcəkdi: "Ukrayna ordusu Novo Kaxovka SES-i işğaldan azad etməyi planlaşdırırdı. Xeyli sayda desant, dəniz piyadası, helikopter və katerlərlə əməliyyat hazırlanırdı. Məqsəd rusların həmin bəndi partlatmasının qarşısını almaq idi. Çünki əks-hücum əməliyyatı zamanı ukraynalılar Dnepr çayı üzərinə ponton körpülər salacaqdılar. Amma indi bu körpüləri salmaq mümkünsüzdür. Çünki əməliyyatlar üçün öncədən təyin olunan yerlərin hamısı su altında qalıb. Rusların bəndi vurması ukraynalıların bu istiqamətdən planlaşdırılan əks-hücum planını qeyri-müəyyən müddətə təxirə saldı".
Qeyd edək ki, Kaxovka bəndi və su elektrik stansiyası müharibənin ilk günlərindən Rusiyanın nəzarətindədir. Dnepr çayının cənub sahilində olan Novaya Kaxovka şəhəri böyük strateji əhəmiyyətə malikdir
Xatırladaq ki, bu gün Dnepr çayı üzərində olan və Sovet dönəmində salınmış nəhəng
bəndə raket zərbəsi endirilib. Bu, bölgədə böyük daşqınlara səbəb olub. Tərəflər isə bəndin vurulmasına görə bir-birini günahlandırırlar.
Tural Tağıyev
AzVision.az