Leyla Yunusa xəbərdarlıq: “Qarşısı alınacaq..”

Leyla Yunusa xəbərdarlıq: “Qarşısı alınacaq..”
  30 May 2014    Oxunub:809
“Leyla Yunusun hərəkətləri qanuna tam ziddir və əminəm ki, onun qanuna zidd hərəkətlərinin qarşısısı alınacaq”.
Bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Leyla Yunusun prokurorluq işçilərinə qarşı qeyri-etik davrandığını deyən deputat hüquq müdafiəçisinə xəbərdarlıq edib.

“Azərbaycan hüquqi dövlətdir, Azərbaycanda hər kəs hüquq qarşısında bərabərdir və hüquq mühafizə orqanlarının keçirəcəyi bu və digər tədbirlərə heç kəs mane ola bilməz. Hüquq mühafizə orqanları, Prokurorluq qanun çərçivəsində fəaliyyət göstərir.”.

Qeyd edək ki, Baş Prokurorluğun əməkdaşları L. Yunusun yaşadığı mənzilə gələrək ona Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması haqqında rəsmi məktubu vermək istəyiblər. Lakin hüquq müdafiəçisi prokurorluq işçilərinə qapını açmayıb. L.Yunus qeyd edib ki, istintaq onun və həyat yoldaşı Arif Yunusun pasportunu geri qaytarmasa, prokurorluğa getməyəcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti