Bakı polisindən xoş xəbər

Bakı polisindən xoş xəbər
  30 May 2014    Oxunub:1073
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimini sabah da davam etdirəcək”.
Bu barədə AzVision.az-a açıqlamasında idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu gün Bakı şəhərində ciddi xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verməyib:

“Saat 2-yə olan məlumata görə, cüzi maddi zərərlə nəticələnən iki yol qəza hadisəsi baş verib.. Digər hadisələrin baş verib-verməməsi axşam bilinəcək. Bakı şəhərində hələ ki, vəziyyət normaldır.

Qeyd edildiyi kimi, hər şey nəzarətdədir. Polis gücləndirilmiş iş rejimində çalışır. Yol polisi də yollara nəzarəti gücləndirib. Hələ bir xoşagəlməz hadisə qeydə alınmayıb. Gücləndirilmiş iş rejimi sabah da davam edəcək”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti