Azərbaycanda 110 bələdiyyə ləğv olundu

Azərbaycanda 110 bələdiyyə ləğv olundu
  30 May 2014    Oxunub:1208
“Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihələri parlamenyin bugünkü iclasında müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanun layihələri barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, ilk vaxtlar Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərirdi.

Onun sözlərinə görə, görə, 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-a endirildi: "Yeni qanuna əsasən 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir”.

Məlumat üçün bildirək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən-2, Fizuli-3, Goranboy, Quba, Şəmkir, Tərtər-4, Zaqatala- 6, Şamaxı-8, Gədəbəy-11, Ağdaş- 15, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.

Qeyd edək ki, hər iki qanun layihəsi müzakirələrin sonunda qəbul olunub.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti