Paşinyan pulunu ödədiyi silahları gözləyir, Rusiya isə "vermirəm" deyir

  Paşinyan pulunu ödədiyi silahları gözləyir,    Rusiya isə "vermirəm" deyir
  08 İyun 2023    Oxunub:1374
"Rusiyadan Ermənistana silah tədarükü sahəsində yaranmış və yarana biləcək bütün problemləri dialoq yolu ilə həll etmək olar".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Aleksandr Novikov 24News-a müsahibəsində deyib.

Paşinyan şikayətləndi: "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur"
Maraqlıdır ki, o, silah alqı-satqısı ilə bağlı yaranmış problem barədə xəbərsiz olduğunu qeyd edib: “Bəlkə də problem var. Məndə bununla bağlı dəqiq məlumat yoxdur. Lakin bəzi ayrıca bağlanmış müqavilələrlə bağlı çətinliklər yaranarsa, bu məsələni ikitərəfli formatda müzakirə etməyin mənası ola bilər. Problem onda deyil ki, bu istiqamətdə əməkdaşlığa xitam verilir. Hansılar ki, bəzi hallarda məlum mövzuda şikayətlər də yaranır. Əminəm ki, aidiyyəti şəxslər, mütəxəssislər dialoq aparıb bu problemi həll edə biləcəklər”.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət öncə "Rusiya tərəfi Ermənistana artıq ödənişini etdiyi silahları göndərmir" demişdi.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da ötən ay parlamentdə jurnalistlərə verdiyi açıqlamada demişdi ki, “Həqiqətən də Ermənistana silah gəlməyib, bunun üçün ödənişlər edilib. Bununla bağlı iş alqı-satqı müqaviləsinin müddəaları əsasında aparılır. Mən buna heç nə əlavə edə bilmərəm”.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Silah   Rusiya  





Xəbər lenti