"Rusiya pulunu ödədiyimiz silahları vermədi" - Səfəryan

   "Rusiya pulunu ödədiyimiz silahları vermədi" -    Səfəryan
  16 May 2023    Oxunub:2102
Ermənistan Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Rusiya silahlarını almaması və bunun müqabilində pul ödənilməsi barədə bəyanatını təsdiqləyib.
Armen Qriqoryan bir müddət əvvəl bəyan etmişdi ki, Ermənistanın yeni silah təchizatına ehtiyacı var, çünki ölkə Rusiyadan sifariş verdiyini və ödədiyini almayıb.
"Ermənistanın KTMT-dən çıxması müzakirə olunurdu, amma..."


“Həqiqətən də Ermənistana silah gəlməyib, bunun üçün ödənişlər edilib. Bununla bağlı iş alqı-satqı müqaviləsinin müddəaları əsasında aparılır. Mən buna heç nə əlavə edə bilmərəm” , - Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan parlamentdə jurnalistlərə deyib.

Səfəryan çatdırılmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb, Müdafiə Nazirliyindən bu məsələyə aydınlıq gətirməyə çağırıb .

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti