"Ermənistanın KTMT-dən çıxması müzakirə olunurdu, amma..."
Səfəryan qeyd edib ki, Ermənistan KTMT sammitində öz suallarını təqdim edib. Onun sözlərinə görə, erməni tərəfi sammitdəki müzakirələrin hansısa nəticəyə gətirib çıxaracağına ümid edirdi. Bundan sonra işin davam etdirilməsi qərara alınıb.
“İşlər davam edir, Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatla əlaqədar növbəti müzakirələr də aparılacaq və bu barədə məlumat verəcəyik. Vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla, həm də öhdəliklərimiz var, ümid etməkdə davam edirik ki, işimiz müəyyən nəticələrə gətirib çıxaracaq”, - Ermənistan xarici işlər nazirinin müavini bildirib.
Gələcəkdə təşkilatdan çıxmaq məsələsinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala Səfəryan cavab verib ki, hər şey konkret vəziyyətdən asılıdır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: