`Mətanət Əzizovanı ölkədən Leyla Yunus qaçırıb` - Prokurorluq

`Mətanət Əzizovanı ölkədən Leyla Yunus qaçırıb` - Prokurorluq
  30 May 2014    Oxunub:919
“Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı ilə bağlı verdiyi bütün bəyanatlar əsassızdır və həqiqətəuyğun deyil. Baş Prokurorluq onun həbsinə dair vəsatət qaldırmaq niyyətində deyil”.

Bunu virtualaz.org saytına açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E.Sultanovun sözlərinə görə, bütün bu fikirlər “Leyla Yunusun xəstə təfəkkürünün məhsulu”, onun istintaqa təzyiq göstərmək və istintaqın gedişini yanlış istiqamətə yönəltmək cəhdlərinin nəticəsidir: “Əslində isə Mətanət Əzizovanın ölkədən qaçmasını məhz Leyla Yunus təşkil edib”.

Baş Prokurorluq bir daha bəyan edir ki, əgər Mətanət Əzizova Azərbaycana qayıtsa, onun həbsinə heç bir cəhd göstərilməyəcək və heç bir tədbir görülməyəcək.

“Baş Prokurorluq onda maraqlıdır ki, Mətanət Əzizova Azərbaycana qayıtsın və istintaqın suallarına cavab versin. Baş Prokurorluq bu barədə onun anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlını da məlumatlandırıb” - deyə E.Sultanov bildirib. (virtualaz.org)




Teqlər:  





Xəbər lenti